Keçmiş UFC çempionu: “Mən də bir döyüşə görə 15 milyon dollar istyirəm”

6 Mart 2026 22:45
138
Keçmiş UFC çempionu: “Mən də bir döyüşə görə 15 milyon dollar istyirəm”

Orta çəkidə (84 kq) keçmiş UFC çempionu, nigeriyalı İsrail Adesanya, Konor Bennin qonorarından narazı olan döyüşçülərin sırasına qoşulub və hər döyüş üçün 15 milyon dollar istədiyini bildirib.

İdman.Biz bildirir ki, britaniyalı boksçu Konor Bennin 26 apreldə Turki Əl-Şeyx, Dana Uayt və Nik Xanın yaratdığı “Zuffa Boxing” təşkilatının himayəsi altında Regis Progreys ilə döyüşü üçün 15 milyon dollar alacağı bildirilir. Bu məbləğ nadir hallarda belə maaşlar görən UFC döyüşçüləri arasında qəzəbə səbəb olub.

Şon O'Melli və Maykl Peyc daha əvvəl narazılıqlarını bildiriblər. İndi isə 28 martda “UFC Fight Night 271”də Co Piferlə döyüşməsi planlaşdırılan Adesanya onlara qoşulub.

"Zuffa Boxing” onun növbəti çağırışıdır, amma unutmayın ki, onun adını UFC tanıdıb. Dana Uayt UFC-nin prezidentidir. Digər döyüşçülərin niyə əsəbiləşdiyini başa düşürəm. Özümü aldadılmış hiss edirəmmi? Xeyr. Başa düşürəm ki, bu oğlanlar yüksək səviyyəli döyüşçülərdir. Onlar öz işlərində dünyanın ən yaxşılarıdır, amma biz də eləyik. Bu, UFC-dir və əgər bir oğlan bir döyüş üçün bu qədər pul tələb edə bilirsə və bu, UFC sayəsində işıqları yandıran eyni şirkət olan “Zuffa”dan gəlirsə, mən də bir döyüş üçün 15 milyon dollar istəyirəm”, - Adesanya bildirib.

İdman.Biz