Tofiq Musayev: “Yeni promouterlə danışıqları davam etdiririk”

Xəbərlər
27 Dekabr 2023 13:11
537
Tofiq Musayev: “Yeni promouterlə danışıqları davam etdiririk”

“İndi PFL-dəyəm, bu qurumla danışıqlar davam edir”.

Bunu İdman.bizə MMA döyüşçüsü Tofiq Musayev gələcək karyerasının perspektivlərini dəyərləndirərkən deyib.

O, “Bellator” ilə müqavilə bağlasa da, bu promouter yaxınlarda başqa bir təşkilat - Peşəkar Döyüşçülər Liqası (Professional Fighters League) tərəfindən mənimsənilib. Musayev bildirib ki, hazırda karyerası ilə bağlı yenilik yoxdur: “Mən yeni liqanın yeni turnirlər seriyası üçün planlarından və yüksək səviyyəli idmançılarla yarışmaq imkanından xəbərdaram. Bununla belə, biz hələ də danışıqlar aparırıq. Düşünürəm ki, tezliklə hər şeyə aydınlıq gələcək”.

O, son döyüşünü noyabrın əvvəlində Yaponiyanın Rizin təşkilatının təşəbbüsü ilə keçirilən Landmark 7 turnirində yaponiyalı Koji Takedaya qarşı keçirib və qələbə qazanıb.

Qeyd edək ki, “Bellator” təşkilatı PFL tərəfindən alındıqdan sonra “Bellator Beynəlxalq Çempionlar Seriyası” adlı yeni sistemlə fəaliyyətini davam etdirir. Beynəlxalq seriyaya ildə 8 turnir daxil olacaq ki, hər birində iki titul döyüşü keçiriləcək.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: