İnoue ikinci dəfə mütləq dünya çempionu olub

Xəbərlər
26 Dekabr 2023 18:56
150
İnoue ikinci dəfə mütləq dünya çempionu olub

Yaponiyanın paytaxtı Tokioda möhtəşəm boks yarışı keçirilib.

İdman.biz xəbər verir ki, yaponiyalı peşəkar boksçu Naoe İnoue növbəti qələbəsini qazanıb.

4 çəki kateqoriya üzrə dünya çempionu İnoue fillipinli Marlon Tapaleslə qarşılaşıb. Döyüş 10 raund davam edib və texniki nokautla yekunlaşıb. Bu qələbə sayəsində İnoue yarım yüngül çəkidə mütləq dünya çempionu tituluna yiyələnib. O, bir il əvvəl ən yüngül çəkidə analoji uğura imza atıb.

30 yaşlı Naoe peşəkar boksda 2012-ci ildə debüt edib. O, artıq 6-cı döyüşündə 49 kq çəki dərəcəsindək boksçular arasında WBC tituluna sahib olub. Bundan sonra İnoue 52,3 kq və 53,5 kq çəki dərəcələrində dünya çempionu titullarını qazanıb.

Qeyd edək ki, gecənin digər maraqlı döyüşü Sue Tsutsumu (9-0-2) ilə Kadzuki Anaquçi (6-0) arasında olub. Görüş Tsutsuminin qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Məqalədə: