ABŞ-nin Las-Veqas şəhərində keçirilən UFC 324 turnirindən sonra bonus alan döyüşçülərin adları açıqlanıb.
İdman.Biz xəbər verir ki, əsas qarşılaşma yüngül çəki dərəcəsində amerikalı Castin Qetji ilə britaniyalı Peddi Pimblett arasında baş tutub. Beş raundluq döyüşün yekununda Qetci hakimlərin yekdil qərarı ilə qalib gəlib və müvəqqəti çempionluq kəmərini qazanıb. Bu qarşılaşma “Gecənin döyüşü” seçilib və hər iki idmançı 100 min dollar (170 min AZN) bonus əldə edib.
“Gecənin ən yaxşı çıxışı” üzrə iki əsas bonus erkən döyüşlərin iştirakçılarına verilib. Tay Koul Miller Adam Fyucitti birinci raundda vaxtından əvvəl məğlub etdiyi üçün 100 min dollar (170 min AZN) qazanıb. Coş Hokit isə Denzel Frimanla döyüşdə birinci raund nokautuna görə eyni məbləğdə mükafat alıb.
Bundan başqa, UFC 324-də ilk dəfə əlavə 25 min dollar (42,5 min AZN) məbləğində bonus da təqdim olunub. Bu mükafata texniki nokautla qalib gələn Valdo Kortes-Akosta və Modestas Bukauskasla döyüşü TKO ilə başa vuran rusiyalı ağırçəkili Nikita Krılov layiq görülüb.
Ümumilikdə UFC 324 turniri üzrə bonuslar üçün 450 min dollar (765 min AZN) ayrılıb. Qeyd edək ki, bu turnir UFC-nin “Paramount” şirkəti ilə bağladığı yeni media razılaşması çərçivəsində yayımlanan ilk tədbir olub.
