UFC prezidenti Dana Uayt Ağ Evdə keçiriləcək tədbirdə yüngül və yarımyüngül çəkidə keçmiş çempion Konor Makqreqorla yüngül çəkidə eks-çempion Xorxe Masvidal arasında döyüşün təşkil olunacağı barədə şayiələrə qarşı sərt çıxış edib.
İdman.Biz bildirir ki, Ağ Evdə UFC tədbiri iyunun 14-də keçiriləcək.
“Hamısı cəfəngiyatdır. Sosial mediada gördüyünüz demək olar ki, hər şey”, - deyə Red Corner MMA-nın sosial mediada hesabında Uaytdan sitat gətirilib.
İrlandiyalı 2021-ci ilin iyul ayında UFC 264-də yüngül çəkidə keçmiş UFC müvəqqəti çempionu Dastin Poryeyə birinci raundda texniki nokautla məğlub olduqdan bəri qarışıq döyüş sənətlərində döyüşməyib. Onun peşəkar rekordu 22 qələbə və altı məğlubiyyətdir.
