Hazırkı yarımorta çəkidə UFC çempionu İslam Mahaçev növbəti döyüşünü keçmiş 77 kq çəki titulunun sahibi Kamaru Usmanla keçirmək istədiyini bildirib.
İdman.Biz-in məlumatına görə, rusiyalı döyüşçü potensial rəqibinin statusunu və nailiyyətlərini qeyd edib.
“Usmanla döyüşmək istərdim. Niyə də yox? Onun çoxlu titulları, çoxlu müdafiələri və rekordları var. Bu, böyük bir döyüş olardı”, - Mahaçev Match TV-yə deyib.
Kamaru Usmanın son döyüşü 15 iyunda Atlantada keçirilən “UFC on ESPN 69”da olub. Rəqibi Xoakin Bakli olub. Döyüş beş raund davam edib və Usmanın yekdil qərarla qələbəsi ilə başa çatıb.
