Fiziyev 25 il bundan əvvəlki görüntüsünü paylaşdı - FOTO/VİDEO

Xəbərlər
4 Yanvar 2026 23:15
79
Fiziyev 25 il bundan əvvəlki görüntüsünü paylaşdı - FOTO/VİDEO

Azərbaycanlı UFC döyüşçüsü Rəfael Fiziyev sosial şəbəkədə 25 il fərqlə çəkilmiş iki fotosunu paylaşaraq şəxsi həyatındakı uzun yolu xatırladıb.

İdman.Biz xəbər verir ki, 32 yaşlı idmançı paylaşımına, “bu fotoların arasında 25 il var. Bu müddət ərzində Amerika xəbərlərinə düşməyi də bacardım” sözlərini əlavə edib.

Fiziyevin paylaşımı qısa müddətdə böyük maraq doğurub və azarkeşlər tərəfindən minlərlə bəyənmə və rəy alıb.

Qeyd edək ki, Rəfael Fiziyev UFC-də çıxış edən ən tanınmış azərbaycanlı idmançılardan biridir və son illərdə həm idman nəticələri, həm də mediada yaratdığı rezonansla diqqət mərkəzindədir.

İdman.Biz
Məqalədə: