Rafael Fiziyev qarşıdakı döyüş üçün intensiv məşq edir - VİDEO

Xəbərlər
3 Yanvar 2026 13:40
83
Rafael Fiziyev qarşıdakı döyüş üçün intensiv məşq edir -  VİDEO

Rafael Fiziyev 1 fevral 2026-cı ildə “UFC 325” turnirində qarşılaşacağı braziliyalı döyüşçü Maurisio Ruffi ilə duelə hazırlaşır.

İdman.Biz xəbər verir ki, idmançının intensiv məşqinə aid video sosial şəbəkədə yayılıb.

1 fevralda baş tutması gözlənilən döyüşü azarkeşlər səbirsizliklə gözləyir.

Xatırladaq ki, Rafael Fiziyev 2025-ci ilin 11 oktyabrında UFC-nin Rio-de-Janeyro turnirində başqa bir braziliyalı - Çarlz Oliveyra ilə döyüşməli idi, lakin azərbaycanlı idmançının diz zədəsi səbəbindən qarşılaşma baş tutmadı.

İdman.Biz