Yarımorta çəkidə keçmiş UFC çempionu, Fələstin əsilli amerikalı Belal Məhəmməd 2026-cı il üçün hədəflərinin adlarını açıqlayıb.
İdman.Biz bildirir ki, onun 2026-cı il üçün hədəfləri belədir:
1. Döyüşdə qalib gəlmək.
2. “Qara Pantera” filmindəki aktyorla döyüşmək.
3. Superboula düşmək (“Ayılar” gözləyir).
4. İtirilmiş podkast fayllarını tapmaq.
5. Döyüşdə qalib gəlmək.
6. RAF Wrestling-də Kolbi (Kovinqton) ilə döyüşmək.
7. Ailə davasına qoşulmaq.
8. Döyüşdə qalib gəlmək..
Sonuncu döyüşündə amerikalı-fələstinli döyüşçü Qətərin Doha şəhərində keçirilən UFC Fight Night 264-də irlandiyalı İan Qarri ilə döyüşüb. Məhəmməd üç raunddan sonra yekdil qərarla məğlub olub.
