Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov azarkeşi ilə etdiyi zarafat dolu söhbətlə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, məşqçi Xavyer Mendesin sosial şəbəkədə paylaşdığı videoda Həbib azarkeşə imzaladığı əlcəklərin gələcəkdə mümkün satış qiymətini soruşur və zarafatla ondan pay istəyir.
“Neçəyə satacaqsınız?” - deyə Həbib soruşur. Azarkeş isə əlcəkləri satmaq niyyətində olmadığını bildirir. Bundan sonra Həbib gülərək, “mənə 15 faiz verə bilərsiniz? Niyə bu insanlar mənə heç vaxt pul qaytarmırlar?”, - deyə söyləyib.
Azarkeş ona cavab olaraq pul qazanmaq istəmədiyini, sadəcə onu dəstəklədiyini bildirir. Həbib isə yenə zarafatla, “yaxşı, bir dəfəlik. Yalnız 15 faiz. Əgər min dollara satsanız, onun 10 faizini xeyriyyəyə verin, zəhmət olmasa”, - deyə əlavə edib.
Azarkeş isə bununla razılaşaraq pulu xeyriyyəyə verə biləcəyini deyir.
Xatırladaq ki, daha əvvəl Rusiyanın MOİK komandasının sabiq futbolçusu Georgi Şennikov Həbibin imzaladığı əlcəkləri xeyriyyə hərracında 390 min rubla (8500 AZN) qarşılığında almışdı.
