Orta çəki dərəcəsində UFC reytinqində ikinci sırada yer alan, Dağıstan əsilli fransız Nassurdin İmavov 84 kq çəki dərəcəsində 31 yaşlı məğlubedilməz UFC çempionu Həmzət Çimayevlə döyüş planını müzakirə edib.
İdman.Biz xəbər verir ki, İmavov təbiətcə güləşçi olmadığını və döyüşləri zərbə gücünə qazandığını deyib.
“Güclü tərəflərimizə diqqət yetirəcəyik. İnsanlar düşünür ki, güləşçi ilə döyüşürsənsə, yalnız güləşə diqqət yetirməlisən. Bu, səhv olardı. Mən təbiətcə güləşçi deyiləm. Görürsüz ki, mən zərbəçiyəm. Və gücüm üzərində işləyəcəyəm. Əhəmiyyətli olan budur. Mən öz döyüşlərimi belə qazanıram. Əlbəttə ki, güləşi unutmayacağam. Teykdaundan müdafiə üzərində çox çalışacağıq”, - “Şerdoq” İmavovun sözlərini sitat gətirib.
