“Core FC” turnirində Azərbaycan idmançılarından parlaq nəticə - FOTO

Xəbərlər
13 Dekabr 2025 18:03
65
“Core FC” turnirində Azərbaycan idmançılarından parlaq nəticə - FOTO

Türkiyənin İstanbul şəhərində keçirilən MMA üzrə “Core FC” turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rəsul Rəhimov (66 kq) ilk raundun səkkizinci saniyəsində rəqibini nokauta göndərərək inamlı qələbə qazanıb.

Eyni çəkidə mübarizə aparan Mirmehdi Miriyev isə ikinci raundda boğucu fəndlə rəqibini məğlub edib. Bundan əlavə, (61 kq) çəki dərəcəsində döyüşən Sahil Şakirov ilk raundda nokautla qalib gəlib.

İdman.Biz