34 yaşlı rusiyalı, yarımorta çəkidə UFC çempionu İslam Mahaçev növbəti döyüşündə 77 kq çəki dərəcəsində keçmiş UFC titul sahibi, nigeriyalı Kamaru Usmanla döyüşmək istəyini bir daha bildirib.
İdman.Biz-in məlumatına görə, o bu barədə “Red Corner MMA” YouTube kanalına müsahibəsində danışıb.
“Mən Usmanla döyüşmək istədiyimi dedim. Amma nədənsə media bu döyüşə inanmır. Lakin mənim şəxsi fikrim budur ki, Kamaru bu yaxınlarda top-5 reytinqində peyda olan bütün oğlanları məğlub edəcək. O cümlədən Moralesi, Pratesi. Onlar hələ sınaqdan keçməyiblər. Və düşünürəm ki, Kamaru mənə ən çətin döyüşü verəcək.
Həmçinin, media baxımından da (onlar bunu daha yaxşı təbliğ edə bilərdilər) biz əla döyüş göstərərdik. Baxmayaraq ki, bir çox seçim var. Yarımorta çəkili divizion yenidən canlanıb. Kiminlə döyüşəcəyimin mənim üçün fərqi yoxdur. Hiss edirəm ki, kəmərimi uzun müddət qoruya və özümü komfortda hiss edə biləcəyəm”, - o, deyib.
@idman.biz 34 yaşlı rusiyalı, yarımorta çəkidə UFC çempionu İslam Mahaçev növbəti döyüşündə 77 kq çəki dərəcəsində keçmiş UFC titul sahibi, nigeriyalı Kamaru Usmanla döyüşmək istəyini bir daha bildirib #UFC #MMA #cempion #doyus #titul #idman
♬ original sound - Idman və Biz
