Vüqar Kərəmov Yeni il gecəsində döyüşə çıxacaq - MMA döyüşçüsünün İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
9 Dekabr 2025 16:34
97
Vüqar Kərəmov Yeni il gecəsində döyüşə çıxacaq - MMA döyüşçüsünün İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycanın tanınmış MMA döyüşçüsü Vüqar Kərəmov növbəti döyüşünə ciddi hazırlaşır.

İdman.Biz-ə qısa açıqlama verən idmançı bildirib ki, o, Tokioda təşkil olunacaq Rizin turnirində braziliyalı Koiki Kleberlə üz-üzə gələcək:

“İki həftəlik intensiv Dağıstan toplanışından yeni qayıtmışam. Orada sparrinq etmək üçün güclü rəqiblərin əhatəsində Koiki Kleberlə döyüşə hazırlaşdım. Braziliyalıların əksəriyyəti kimi, rəqib çox güclüdür, Amma ümid edirəm ki, Yeni ilin ilk gününü qalib kimi yaxşı əhval-ruhiyyədə qarşılayacağam”, – deyə Kərəmov bildirib.

Onun sözlərinə görə, döyüş dekabrın 31-də, ilin son günündə Tokioda baş tutacaq.

Vüqar Vüqarlı

İdman.Biz