BƏƏ-ni təmsil edən hazırkı 84 kq çəki dərəcəsində UFC titulunun sahibi, məğlubedilməz 31 yaşlı Həmzət Çimayev, UFC-nin yarımağır çəki çempionu, braziliyalı Aleks Pereyra ilə mümkün qarşıdurma barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Çimayev rəqibi barədə ağır danışıb.
“UFC döyüşümüzün baş tutmasını istəmir. Aleks əvvəllər orta çəkidə dyu Plessi ilə döyüşə biləcəyini deyirdi, amma indi bu oğlan deyir ki, “Həmzət mənim üçün uyğun döyüş deyil”. Sosial media səhifəmdə sadəcə “salam” yazsam, onun döyüşündən daha çox baxış alacağam.
Həmçinin, bu oğlan deyib ki, “gəl, bir qrepplinq döyüşü keçirək”. Amma bu, bizim işimiz deyil. UFC-də yarışmaq bizim işimizdir. UFC-də mənə nə dediklərini deyə bilmərəm, bu, Aleksə hörmətsizlik olardı. Hamı bilir ki, bu oğlan mənim səviyyəmdə deyil” - Çimayev ESPN-ə verdiyi müsahibədə deyib.
