MMA döyüşçülərimiz ABŞ-yə yollanıb

17 Mart 2026 14:48
75
MMA döyüşçülərimiz ABŞ-yə yollanıb

Azərbaycan döyüşçüsü Məhəmmədəli Osmanlı UFC ilə müqavilə bağlamaq üçün ABŞ-yə yollanıb.

İdman.Biz xəbər verir ki, keçirdiyi döyüşlərdə indiyədək məğlub olmayan 21 yaşlı Məhəmmədəli Osmanlının (12 döyüş - 12 qələbə) yaxın günlərdə UFC-nin sıralarına qoşulacağı gözlənilir.

Qeyd edək ki, onunla birgə digər məğlubedilməz MMA döyüşçümüz Asəf Çopurov (9 döyüş - 9 qələbə) da yaxın vaxtlarda UFC ilə müqavilə imzalamaq üzrədir.

İdman.Biz