UFC Rafael Fiziyevin növbəti döyüşünün tarixini və rəqibini açıqladı – FOTO

Xəbərlər
7 Dekabr 2025 10:10
63
UFC Rafael Fiziyevin növbəti döyüşünün tarixini və rəqibini açıqladı – FOTO

Azərbaycanlı qarışıq döyüş sənətləri (MMA) üzrə döyüşçü Rafael Fiziyevin növbəti rəqibi məlum olub.

İdman.Biz-in UFC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yüngül çəki dərəcəsində çıxış edən döyüşçü 1 fevral 2026-cı ildə Avstraliyanın Sidney şəhərində keçiriləcək UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə qarşılaşacaq. Döyüş şounun əsas kartına daxil edilib.

Fiziyev son döyüşünü 2025-ci ilin iyun ayında Bakıda keçirib və İqnasio Bahamondesi məğlub edib. Ruffi isə əvvəlki döyüşünü sentyabr ayında keçirib və Benua Sen-Deniya vaxtından əvvəl məğlub olub.

Qeyd edək ki, bu gün Las-Veqasda keçirilən UFC 323 turniri çərçivəsində azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə fransalı Fares Ziam arasında döyüş keçirilib. Fares Ziam Nazim Sadıxovu raundun son saniyəsində nokaut edib.

İdman.Biz

Məqalədə: