Las-Veqasda keçirilən UFC 323 turniri çərçivəsində azərbaycanlı döyüşçü Nazim Sadıxov ilə fransalı Fares Ziam arasında baş tutan döyüş keçirilib.
İdman.Biz xəbər verir ki, görüş dramatik şəkildə başa çatıb: Ziam ikinci raundun son saniyəsində həlledici zərbələr seriyası endirərək texniki nokautla qələbə qazanıb.
Bu, Sadıxovun peşəkar karyerasında ikinci məğlubiyyəti olub. Onun hesabında həmçinin 11 qələbə və 1 heç-heçə var. Fransız döyüşçü parlaq döyüş keçirərək həlledici anda təşəbbüsü ələ alıb.
UFC 323 turnirində daha sonra gecənin əsas döyüşü - yüngül çəki dərəcəsində hazırkı çempion Merab Dvalişvili ilə sabiq titul sahibi Petr Yan arasında revanş qarşılaşması keçiriləcək. Onların ilk döyüşü 2023-cü ildə baş tutmuş və gürcü döyüşçünün yekdil hakim qərarı ilə qələbəsi ilə başa çatmışdı.
