29 yaşlı amerikalı boksçu və blogger Ceyk Pol növbəti döyüş tarixini açıqlayıb.
İdman.Biz xəbər verir ki, amerikalı idmançının peşəkar boks rekordu 12 qələbə və iki məğlubiyyətdir. Pol peşəkar debütünü 2020-ci ilin yanvar ayında edib.
“Bu yaxınlarda ikinci əməliyyatımı keçirdim və həkimlər sparrinqə başlamaq və sümüyün necə sağaldığını görmək üçün dörd-altı ay vaxt lazım olacağını dedilər. Buna görə də, yəqin ki, bu ilin sonu və ya gələn ilin əvvəlindədir", - deyə “Bloody Elbow” Poldan sitat gətirir.
Daha əvvəl Ceyk Pol Uaytla mübahisə edən Con Consa MVP ilə müqavilə təklif etmişdi.
