Henri Sehudo: “Bu son döyüşüm idi”

Xəbərlər
7 Dekabr 2025 10:50
65
Henri Sehudo: “Bu son döyüşüm idi”

38 yaşında yüngül çəki dərəcəsində çıxış edən ABŞ-li döyüşçü Henri Sehudo son görüşündə Peyton Talbotta uduzaraq peşəkar karyerasına son qoyub.

İdman.Biz xəbər verir ki, ikiqat UFC çempionu, Olimpiya çempionu və “Triple C” ləqəbi ilə tanınan Sehudo üçün bu yaşda yüngül çəkidə rəqabət aparmaq artıq real çətinliklər yaradırdı. Döyüşdən sonra qərarını verən veteran idmançı idmandan getdiyini açıqlayıb.

Henri Sehudo UFC tarixində həm eyni anda iki çəki dərəcəsində çempion olmuş, həm də Olimpiya qızılı qazanmış nadir idmançılardandır. Onun karyerası MMA tarixində xüsusi yer tutur və artıq rəsmi olaraq əfsanələr sırasına daxil edilib.

İdman.Biz

Məqalədə: