İslam Mahaçev: “Yarımorta çəkidə istənilən rəqibin öhdəsindən gələrəm”

Xəbərlər
19 Noyabr 2025 01:26
30
İslam Mahaçev: “Yarımorta çəkidə istənilən rəqibin öhdəsindən gələrəm”

Hazırda UFC yarımorta çəkili titulunun sahibi olan 34 yaşlı rusiyalı İslam Maxhçev 77 kq çəki dərəcəsində istənilən döyüşçünü asanlıqla məğlub edə biləcəyinə əminliyini bildirib.

İdman.Biz xəbər verir ki, Mahaçev hazırda UFC-də 16 qələbə seriyasına malikdir.

“Bu çəkidə istənilən rəqibi asanlıqla məğlub edə bilərəm. Ceklə döyüşdə özümü fərqli hiss etdim. İstənilən çətinliyə hazıram. Yarımorta çəkili divizion hazırda UFC-də ən güclüdür, 100%”, - Mahaçev UFC mətbuat xidmətinə deyib.

Ümumilikdə, Mahaçevin 28 qələbə və bir məğlubiyyət rekordu var. O, peşəkar qarışıq döyüş sənətlərində debütünü 2010-cu ildə edib.

İdman.Biz