İslam Mahaçev döyüşmək istədiyi növbəti UFC döyüşçüsünün adını açıqladı

Xəbərlər
17 Noyabr 2025 20:13
37
İslam Mahaçev döyüşmək istədiyi növbəti UFC döyüşçüsünün adını açıqladı

Hazırda UFC yarımorta çəkili çempionu (77 kq-a qədər) olan 34 yaşlı rusiyalı İslam Mahaçev Şimali Amerika təşkilatında növbəti qarşılaşmaq istədiyi rəqibin adını açıqlayıb.

İdman.Biz xəbər verir ki, noyabrın 16-da yarımorta çəki dərəcəsində baş tutan titul döyüşündə keçmiş yüngül çəki çempionu İslam Mahaçev avstraliyalı Cek Della Maddalena üzərində qələbə qazanıb.

"Mən hələ də düşünürəm ki, Kamaru həm Moralesi, həm də Pratesi məğlub edə bilər. Usman divizionun ən böyük adıdır. Karlos və Maykl gəncdirlər və (titul şansına) can atırlar, amma Kamaru hələ də təhlükəlidir və oyunun ən yaxşılarından biridir. Əgər məndən kiminlə döyüşmək istədiyimi soruşsanız və mən onlara seçim etsəydim, Usmana üstünlük verərdim", - Mahaçev bildirib.

İdman.Biz