İslam Mahaçev titul uğrunda mübarizədə Maddalenaya qalib gəldi - FOTO/VİDEO

Xəbərlər
16 Noyabr 2025 09:57
81
İslam Mahaçev titul uğrunda mübarizədə Maddalenaya qalib gəldi - FOTO/VİDEO

Nyu-York şəhərində keçirilən UFC 322 turnirində əsas qarşılaşma baş tutub.

İdman.Biz xəbər verir ki, yarımorta çəki dərəcəsində baş tutan titul döyüşündə keçmiş yüngül çəki çempionu İslam Mahaçev avstraliyalı rəqibi Cek Della Maddalena ilə qarşılaşıb və qələbə qazanıb.

Döyüş Mahaçevin üstünlüyü ilə keçib və bundan sonra hakimlər yekdilliklə qələbəni Mahaçevə veriblər.

34 yaşlı İslam Mahaçev peşəkar MMA karyerasında 28 qələbə (18-i vaxtından əvvəl) və 1 məğlubiyyət alıb. İdmançı hazırda 16 döyüşlük heyrətamiz qələbə seriyasına malikdir. Mahaçev peşəkar arenaya 2010-cu ildə çıxıb.

29 yaşlı Cek Della Maddalena isə karyerasında ardıcıl 18 qələbə qazanıb, onların 8-i UFC-də qeydə alınıb.

İdman.Biz