“Məsələ həll olunub” - Tramp UFC döyüşçüsünə Ağ Evdə döyüş sözü verib

Xəbərlər
24 Oktyabr 2025 03:39
70
“Məsələ həll olunub”  - Tramp UFC döyüşçüsünə Ağ Evdə döyüş sözü verib

Amerikalı UFC döyüşçüsü Bo Nikal Ağ Evdə keçiriləcək UFC tədbirində iştirak edəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, idmançının sözlərinə görə, o, bunun üçün ABŞ prezidenti Donald Trampın dəstəyini qazanıb.

"Bu, tarixdir. Necə də həyəcanvericidir. Prezident Trampla danışdım - o, mənim də yarışda iştirak etməyimi istəyir. Düşünürəm ki, hər şey yoluna düşərsə, bu, baş verəcək.

Mən FOX-da RAF (Real American Freestyle) turnirinin təbliğatını aparırdım. O, mənə zəng etdi, məni ruhlandırdı, bir neçə xoş söz dedi. Biz bu barədə bir az müzakirə etdik. Mən də yarışda olmaq istədiyimi dedim və o, "hesab elə ki, məsələ həll olunub" dedi. O və Dana Uayt çox yaxındırlar, ona görə də onun tövsiyəsi mütləq mənə kömək edəcək", - Nikal YouTube-dakı “The Ariel Helwani Show” verilişində bildirib.

İdman.Biz

Məqalədə: