Aspinall: “Siril Qanı məhv etməyə hazıram”

Xəbərlər
23 Oktyabr 2025 18:27
34
Aspinall: “Siril Qanı məhv etməyə hazıram”

Ağır çəkidə UFC çempionu (120 kq) böyük britaniyalı Tom Aspinall “UFC 321”də keçiriləcək fransalı Siril Qan ilə döyüşü barədə danışıb.

İdman.Biz bildirir ki, döyüş oktyabrın 25-də BƏƏ-nin Abu Dabi şəhərində olacaq.

“Burada olduğum üçün xoşbəxtəm. Çox məşq etdim. Və onu məhv etməyə hazıram. Tam çempionluq kəmərini əldə etmək üçün uzun bir yol keçdim. Və nəhayət ki, buradayam”, - Aspinall deyib.

2024-cü ilin iyulunda “UFC 304”də baş tutan son döyüşündə Aspinall revanş görüşündə amerikalı Kertis Bleydini nokaut edib. Qan dekabr ayında “UFC 310”da rusiyalı Aleksandr Volkov üzərində qələbə qazanıb.

İdman.Biz