Makqreqordan Della Maddalenaya məsləhət: “Maxaçev yarımorta çəki üçün “asan yem”dir”

Xəbərlər
23 Oktyabr 2025 12:40
36
Makqreqordan Della Maddalenaya məsləhət: “Maxaçev yarımorta çəki üçün “asan yem”dir”

MMA ulduzu Konor Makqreqor İslam Maxaçevi yarımorta çəkidə “asan hədəf” adlandırıb.

İdman.Biz xəbər verir ki, irandiyalı döyüşçü Maxaçevlə üz-üzə gələcək Della Maddalenaya bir neçə məsləhətini verib:

“O, bu çəkidə "asan yem" olacaq. Nə zərbə gücü var, nə də mövqe hissi. O, ən yaxşı halda rəqibin belinə "çanta kimi asıla" bilər. Ondan qorxmağa dəyməz. Səbir, dözümlülük və qəzəb göstərsən, beşinci raund bitməmiş o, artıq özünü itirəcək”.

Qeyd edək ki, İslam Maxaçev Della Maddalena ilə noyabrın 15-də "UFC 322" turniri çərçivəsində Nyu-Yorkun məşhur "Madison Square Garden" arenasında qarşılaşacaq.

Della Maddalena hazırda 18 ardıcıl qələbə seriyasına sahibdir və may ayında "UFC 315"-in yarımorta çəkisində kəmər qazanıb.

Maxaçev isə UFC tarixinin ən titullu yüngül çəki çempionu sayılır. Ardıcıl 15 döyüşdə qalibiyyət seriyasını davam etdirən çempion yarımorta çəki kateqoriyasında ikinci kəmər üçün iddialıdır.

İdman.Biz