Oliveyra ilə Qamrot bu gecə qarşı-qarşıya gələcək

Xəbərlər
11 Oktyabr 2025 22:33
30
Oliveyra ilə Qamrot bu gecə qarşı-qarşıya gələcək

Oktyabrın 11-dən 12-nə keçən gecə Braziliyanın Rio-de-Janeyro şəhərində “UFC Fight Night 261” döyüş turniri keçiriləcək.

İdman.Biz bildirir ki, turnirin əsas qarşılaşması yüngül çəkidə keçmiş UFC çempionu (70 kq) braziliyalı Çarlz Oliveyra polşalı döyüşçü Mateuş Qamrot arasında olacaq.

Qeyd edək ki, əvvəlcə bu döyüş Oliveyra iləa azərbaycanlı idmançı Rafael Fiziyev arasında keçirilməli idi. Lakin hazırlıq prosesi zamanı aldığı zədə səbəbindən Fiziyev oktaqona çıxa bilmədi və onu Mateuş Qamrot əcəz etdi.

Oliveyra ilə Qamrot arasındakı döyüşün Bakı vaxtı ilə saat 5:30-da başlaması gözlənilir.

İdman.Biz