Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirilib

Xəbərlər
8 Oktyabr 2025 22:46
37
Keçmiş UFC döyüşçüsü güllələnərək qətlə yetirilib

33 yaşlı keçmiş UFC döyüşçüsü, avstraliyalı Suman Moxtaryan Sidneydə silahlı hücum nəticəsində öldürülüb.

İdman.biz xəbər verir ki, hadisə bu gün, oktyabrın 8-də şəhərin ətraf ərazilərindən birində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moxtaryanın bir neçə güllə yarası aldığını aşkar ediblər. Həkimlərin səylərinə baxmayaraq, döyüşçünün həyatını xilas etmək mümkün olmayıb — o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu, Moxtaryana qarşı ikinci silahlı hücum olub. 2024-cü ilin fevralında maskalanmış şəxs qida çatdırılması xidmətinin sürücüsü kimi təqdim olunaraq, idman zalının yaxınlığında ona bir neçə dəfə atəş açıb, lakin o vaxt döyüşçü sağ qalıb.

İdman.biz