“UFC Fight Night 261”: Rio-de-Janeyroda keçiriləcək turnirin VAXTI və DETALLARI

Xəbərlər
8 Oktyabr 2025 10:54
53
“UFC Fight Night 261”: Rio-de-Janeyroda keçiriləcək turnirin VAXTI və DETALLARI

Oktyabrın 11-dən 12-nə keçən gecə Braziliyanın Rio-de-Janeyro şəhərində qarışıq döyüş növləri üzrə “UFC Fight Night 261” turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, gecənin əsas qarşılaşmasında 35 yaşlı keçmiş UFC çempionu, braziliyalı Çarlz Oliveyra ilə UFC reytinqində yüngül çəkidə səkkizinci pillədə yer alan polşalı Mateuş Qamrot üz-üzə gələcək.

Turnir oktyabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycanlı döyüşçü Rafael Fiziyev zədələndiyi üçün Rio-de-Janeyroda keçiriləcək UFC turnirində iştirak etməyəcək və onun yerini polşalı yüngül çəkili Mateuş Qamrot tutacaq.

Xatırladaq ki, əsas döyüş - Oliveyra - Qamrot qarşılaşması isə təxminən Bakı vaxtı ilə oktyabrın 12-də saat 05:30-da başlayacaq.

İdman.biz