UFC Ağ Evin qarşısında keçirəcəyi döyüşdən sonra 700 min dollar xərcə düşəcək

Xəbərlər
3 Oktyabr 2025 14:25
27
UFC Ağ Evin qarşısında keçirəcəyi döyüşdən sonra 700 min dollar xərcə düşəcək

UFC Ağ Evdə keçiriləcək turnirdən sonra qazonun yenilənməsinə 700 min dollar xərcləyəcək

UFC prezidenti Dana Uayt bildirib ki, rəhbərlik etdiyi təşkilat 2026-cı ilin iyununda Ağ Evin cənub hissəsində yerləşən çəmənlikdə keçiriləcək turnirdən sonra qazon örtüyünü tam yeniləyəcək.

İdman.biz xəbər verir ki, Dana Uayt “Sports Business Journal”a açıqlamasında bildirib ki, UFC bunun üçün 700 min dollar ayıracaq.

Qurum prezidenti tədbirin hazırlıqlarından da bəhs edib: “Şübhəsiz ki, bu, indiyədək təşkil etdiyimiz ən çətin tədbir olacaq. Yaxın zamanda “Allegiant Stadium” və “Sphere” kimi arenalarda turnirlər keçirdik, indi isə ən çox sevdiyim formatda — açıq havada yarışların keçirilməsi üçün hazırlıqlara başlayırıq. Vaşinqtonda oktaqonu birbaşa Ağ Evin çəmənliyində quraşdıracağıq”.

İdman.biz

Məqalədə: