Kikboksinq üzrə Azərbaycan birinciliyi - FOTO

Xəbərlər
3 İyul 2025 17:22
89
Kikboksinq üzrə Azərbaycan birinciliyi - FOTO

Kikboksinq üzrə XXIX ölkə birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, yarışda ölkənin 26 şəhər və rayonundan 93 klubun 819 idmançısı mübarizə aparıb.

Kadet, yeniyetmə və gənclər yaş kateqoriyalarını əhatə edən birincilik rinq və tatamidə gərgin, maraqlı qarşılaşmalarla yadda qalıb.

Yarışın sonunda müxtəlif yaş və çəki dərəcələri üzrə fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

İdman.biz