Afət Quliyeva müşavir təyin olunub - FOTO

Xəbərlər
4 İyun 2025 14:15
47
Afət Quliyeva müşavir təyin olunub - FOTO

Azərbaycan Kikboksinq Federasiyasında daha bir təyinat baş tutub.

İdman.biz "Unikal"a istinadən xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin imzaladığı əmrlə Afət Quliyeva federasiyasının beynəlxalq məsələlər üzrə müşaviri təyin olunub.

Federasiya prezidenti Orxan Əliyev bildirib ki, Kikboksinq Federasiyasının gənc peşəkar kadrların federasiyasının sıralarına qatılmasını fəaliyyətlərini daha da gücləndirəcək: “Gənc və savadlı insanlarla işləmək bizə yeni ideyalar qazandırır. Fəaliyyətimizdə həm intellektiual, həm fiziki sağlamlığı, həm də vətənpərvər və dövlətçilik ideyalarının yayılmasını prioritet seçmişik. Qürurla deyə bilərik ki, ölkədə minlərlə üzv olan federasiyaya çevrilmişik”.

Qeyd edək ki, Afət Quliyeva Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslığın Qafqazşünaslıq ixtisasını bitirib. Daha sonra Tələbə İdman Federasiyasında Baş katib işləyib.

İdman.biz