İdmançılar Türkiyədə Araz Musayevi ziyarət ediblər - VİDEO

Xəbərlər
31 May 2025 18:23
52
İdmançılar Türkiyədə Araz Musayevi ziyarət ediblər - VİDEO

Muaytay üzrə Azərbaycan yığması Antalya Mərkəz Xəstəxanasında Azərbaycan Muaytay Fedarasiyasının Prezidenti Araz Musayevi ziyarət edib.

İdman.biz xəbər verir ki, Araz Musayev komandanın üzvlərinin onu ziyarət etməsindən şad olduğunu bildirib.

O, uğur qazanan idmançıları təbrik edib, komandaya uğurlar arzu edib.

Qeyd edək ki, mayın 22-31-də Türkiyənin Antalya şəhərində Muaytay (İFMA) üzrə Dünya çempionatı keçirilib, 15 idmançı ilə təmsil olunan yığma komandamız üç bürünc medal qazanıb.

İdman.biz