Surət Qarayev “Sensi-26” liqasında – rəqib dəqiqləşib

Xəbərlər
13 May 2025 12:06
156
Surət Qarayev “Sensi-26” liqasında – rəqib dəqiqləşib

Azərbaycan kikboksçusu Surət Qarayev “Sensi-26” liqasında döyüşəcək.

İdman.biz xəbər verir ki, 95 kq-da mübarizə aparacaq WAKO versiyası üzrə dünya çempionu Oli Yves Rolandla (Fil Dişi Sahili) görüşəcək.

Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq qarşılaşma mayın 17-də baş tutacaq.

Qeyd edək ki, kikboksinqdə Avropa çempionatının mükafatçısı da olan Sürət Qarayev Azərbaycan boks millisində də yer alıb. O, 6 dəfə ölkə çempionu tituluna yiyələnib.

İdman.biz