Göygöldə 305 kikboksçu rinqə çıxacaq - FOTO

22 Avqust 2026 14:55
113
Göygöldə 305 kikboksçu rinqə çıxacaq - FOTO

Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Göygöl şəhərində keçirilən “Göygöl Open” turnirinin çəki mərasimi uğurla başa çatıb.

İdman.Biz xəbər verir ki, turnirdə 31 komanda, 305 idmançı, 24 hakim və 4 baş hakim iştirak edir.

Yarışlar iki rinq və iki tatamidə keçiriləcək.

Turnirə 23 avqust tarixində start veriləcək.

İdmançıların çəki mərasiminə və yarışa hazırlıqla bağlı bütün təşkilati işlər “Sensey” İdman Klubunun direktoru və baş məşqçisi Anar Mammadov tərəfindən həyata keçirilib.

İdman.Biz