DİN qadın kikboksçunun döyülməsi ilə bağlı araşdırmaya başlayıb - VİDEO

Xəbərlər
1 Yanvar 2024 11:55
295
DİN qadın kikboksçunun döyülməsi ilə bağlı araşdırmaya başlayıb - VİDEO

Azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi ilə bağlı araşdırma aparılıb.

Bu barədə İdman.bizə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır. Artıq müraciət polis bölməsində icraata qəbul edilib və ekspertiza təyin olunub.

Qeyd edək ki, hadisə dekabrın 27-də paytaxtda yerləşən yarımtikilinin ərazisində baş verib. Tulin sevgilisi Sübhanın ona xəyanətini müzakirə etmək üçün görüş təyin edib. Görüş zamanı onlar arasında mübahisə yaranıb və Sübhan sevgilisini ölümcül döyüb.

Ələkbərova çoxsaylı zədələr aldığını və hüquq-mühafizə oraqanlarına müraciət etdiyini bildirib.

İdman.biz