Naxçıvanda ən güclü kikboksçular bəlli olub - FOTO

Xəbərlər
26 Dekabr 2023 18:06
211
Naxçıvanda ən güclü kikboksçular bəlli olub - FOTO

Naxçıvanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş kikboksinq üzrə kadetlər arasında muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, yarış iki katoqeriya üzrə keçirilib .

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan turnirdə 60 idmançı 14 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yarış muxtar respublikada kikboksinqin inkişafı, təbliği, klubların işinin təkmilləşdirilməsi və bu sahədə kütləviliyin artırılması məqsədi daşıyıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Kikboksinq Federasiyası tərəfindən təşkil olunmuş birinciliyin sonunda ilk üç yeri tutan idmançılar diplom, medal və hədiyyələrlə mükakatlandırılıb. Mükafatları gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov və federasiyanın sədri Xəyal Abdullayev təqdim ediblər.

Yekunda 6-8 yaş kateqoriyasında Cahangir Abdullayev (20 kq), Mircəlal Seyidov (22 kq), Yusif Qasımov (24 kq), Murad Məmmədli (26 kq), Nəsir Əliyev (30 kq), Xeyal Quliyev (30+ kq), 9-10 yaş kateqoriyasında Adəm Cəfərov (26 kq), Məhəmməd Seyidov (28 kq), Uğur Nurməmmədli (30 kq), Mövlan Seyidov (32 kq), Tunar Abdullayev (37 kq), Xəyal Seyidov (42 kq) və Ayxan Oruczadə (42+ kq) birinci yeri tutublar.

İdman.biz

Məqalədə: