İrina Zaretska Dünya Oyunlarında gümüş medal qazanıb - YENİLƏNİB/FOTO

Xəbərlər
9 Avqust 2025 16:20
88
İrina Zaretska Dünya Oyunlarında gümüş medal qazanıb - YENİLƏNİB/FOTO

Azərbaycan millisi Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, komandamızın aktivinə mükafatı karateçi İrina Zaretska yazdırıb.

68 kq-da çıxış edən dünya çempionu finaladək uğurla irəliləyib. Həlledici görüşdə isə isveçrəli Elena Quirici ilə qarşılaşan Zaretska məğlub olub və gümüş medala yiyələnib.

*****

14:54

Azərbaycan karateçisi İrina Zaretska Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, 68 kq-da çıxış edən dünya çempionu rəqiblərinə qalib gələrək finala yüksəlib.

Dünya çempionumuzun həlledici görüşdə rəqibi İsveçrə təmsilçisi Elena Quirici olacaq.

İdman.biz