Azərbaycan karateçiləri dünya çempionatını iki qızılla başa vurublar

Xəbərlər
29 Oktyabr 2023 18:14
165
Azərbaycan karateçiləri dünya çempionatını iki qızılla başa vurublar

Macarıstanın paytaxtı Budapeştdə karate üzrə 26-cı dünya çempionatı yekunlaşıb.

İdman.biz xəbər verir ki, turnirin son günündə Azərbaycan yığması bir medal qazanıb.

Paralaimpiyaçı Emiliya Mitlinova dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, finalda çexiyalı rəqibi Veronika Kamenskanı məğlub edib.

Kişilərdən ibarət yığmamız turniri medalla başa vurmağa çox yaxın olub. Komandamız bürünc uğrunda görüşdə İtaliyaya uduzub.

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatını iki medalla başa vurub. İlk qızılı komandamızın aktivinə İrina Zaretska (68) yazdırıb.

İdman.biz