Bakı bulvarında karate seminarı keçirilib - VİDEO - FOTO

Xəbərlər
15 Oktyabr 2023 17:57
311
Bakı bulvarında karate seminarı keçirilib - VİDEO - FOTO

Bugün saat 15:00-dan 17:00-dək Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə həsr olunmuş karate seminarı keçirilib.

İdman.biz xəbər verir ki, seminarda 5 yaşdan yuxarı karateçilər iştirak ediblər.

Seminar Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Karate Federasiyası İB, Veteran Tankçılar İB və Dağ Yəhudiləri Dini İB-lərinin təşkilatçılığı və dəstəyi ilə keçirilib.

Ünvan: Dənizkənarı Milli Park (Bakı Bulvarı), Kukla Teatrının arxası

İdman.biz