İrina Zaretska Premyer Liqada - ilin ilk sınağı

Xəbərlər
12 Yanvar 2024 10:05
175
İrina Zaretska Premyer Liqada - ilin ilk sınağı

Yanvarın 26-28-də Fransanın paytaxtı Parisdə karate üzrə Premyer Liqada ilin ilk turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın karateçiləri də güclərini sınayacaq.

Reytinq turnirində milli komandamızdan üçqat dünya çempionu İrina Zaretska (68 kq), Avropa Oyunlarının qalibi Tural Ağalarzadə (67 kq), Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) tatamı üzərinə çıxacaq.

Qeyd edək ki, yarışda 58 ölkədən 381 karateçi iştirak edəcək.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: