Azərbaycan karateçiləri Moldovada təşkil olunan açıq beynəlxalq turnirdə uğurlu nəticəyə imza atıblar.
İdman.Biz xəbər verir ki, idmançılarımız yarışı 11 medalla başa vurublar. Təmsilçilərimiz turnirdə səkkiz qızıl və üç bürünc medal qazanıblar.
Qızıl medallara Günay Ramazanova (61 kq), Gülşən Ramazanova (55 kq), Aysu Tarverdi (61 kq), Leyla Kərimzadə (50 kq), Fatimə Hüseynli (42 kq), Raul Abdulov (45 kq), İsmayıl Paseyev (40 kq) və Davud Əliyev (45 kq) sahib olublar.
Davud İsmayılov (40 kq), Murad Abdulov (40 kq) və Sadiq İbrahimov (35 kq) isə turnirdə bürünc medal qazanıblar.
İdmançılarımız Moldovadakı yarışda Azərbaycan Karate Federasiyasının məşqçisi Seymur Xudaverdiyevin rəhbərliyi altında çıxış ediblər.
