Rumıniyanın Sfantu George şəhərində Fudokan karate üslubu üzrə böyüklər arasında 28-ci Avropa çempionatı, həmçinin uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçirilib.
İdman.Biz bildirir ki, yarışda Azərbaycan komandası Fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslub üzrə baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edib.
Turnirdə Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.
Avropa birinciliyində isə Elmir Kazımzadə (10-11 yaş, 40 kq), Qorxmaz Səfərli (14-15 yaş, 65 kq), Rəvan Şirinov (16-17 yaş, 65 kq), Elton Əliyev (16-17 yaş, 75 kq), Mehdi Abdullayev (16-17 yaş, +75 kq) və Tahir Ələkbərov (U-21, +75 kq) birinci yeri tutublar.
Ayxan Pirquluyev (16-17 yaş, 65 kq) üçüncü, Əli Hacıyev (U-21, 75 kq) isə ikinci yeri qazanıb.
Qeyd edək ki, yarışda Avropanın 22 ölkəsindən 985 idmançı iştirak edib.
