“Qələbədən sonra dostlarım məni Sumqayıtda gözləyirdilər” - Hikmət Ağayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

2 May 2026 15:18
169
“Qələbədən sonra dostlarım məni Sumqayıtda gözləyirdilər” - Hikmət Ağayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

İstanbulda keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Şotokan karate üzrə dünya çempionatında Azərbaycan deflimpiyaçısı Hikmət Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Dünya çempionu İdman.Biz-ə qələbədən sonra necə qarşılandığını danışıb.

“Doğma Sumqayıtda məni dostlarım gözləyirdi və gözəl bir qarşılanma təşkil etmişdilər. Onlar İstanbulda qələbə qazandığım və Azərbaycan bayrağını yüksəltdiyim üçün səmimi şəkildə sevinirdilər. Valideynlərim qızıl medalımı görəndə böyük qürur hissi keçirdilər, çünki bu mənim ən böyük uğurumdur. Ailəm karateyə başladığım ilk gündən etibarən mənə dəstək olub. Bu nəticəyə görə məşqçilərimə də xüsusi təşəkkür edirəm”, - deyə Hikmət Ağayev bildirib.

İdman.Biz