Deflimpiyaçı karateçilərimiz Dünya Çempionatında yeddi medal qazanıblar - FOTO

27 Aprel 2026 10:38
146
Deflimpiyaçı karateçilərimiz Dünya Çempionatında yeddi medal qazanıblar - FOTO

Azərbaycan deflimpiyaçıları Türkiyənin İstanbul şəhərində təşkil edilmiş karate üzrə şotokan dünya çempionatında üç qızıl, iki gümüş, iki bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, WSF versiyasında baş tutan yarışda ölkə 10 deflimpiyaçı ilə təmsil olunub.

Hikmət Ağayev (+18 yaş, 75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) və Yusif Əzimzadə (14-17 yaş, 60 kq, kumite) qızıl mükafata sahib çıxıblar.

Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14-17 yaş, 60 kq, kumite) yarışı gümüş medalla başa vurublar.

Əliəkbər Əlizadə (+18 yaş, 75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.

İdman.Biz