Azərbaycan karateçisi Rusiyada bürünc medal qazandı - FOTO

27 Aprel 2026 10:02
187
Azərbaycan karateçisi Rusiyada bürünc medal qazandı - FOTO

Rusiyanın Novosibirsk şəhərində beynəlxalq karate turniri keçirilib.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan Karate Federasiyasının böyüklərdən ibarət milli komandasının üzvü Vahid Həsənov (+84 kq) uğurla çıxış edib.

Karateçimiz turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışda Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov, həmçinin beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da iştirak ediblər.

İdman.Biz