Türkiyənin paytaxtında keçirilən eşitmə məhdudiyyətli idmançılar arasında Şotokan karate üzrə dünya çempionatında azərbaycanlı deflimpiyaçı Sahib Sahibli +75 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Sahib Sahibli İdman.Biz-ə açıqlamasında uğuru ilə bağlı fikirlərini bölüşüb.
“Bu mötəbər və yüksək səviyyədə təşkil olunmuş turnirdə çempion olmalıyam deyə düşündüm. Bu, mənim ilk böyük uğurumdur və artıq ilk döyüşdən sonra çempion olacağıma inandım. Daha sonra iki görüşdə də qalib gələrək titulu qazandım. Ümid edirəm ki, bu uğur ilk olsa da, sonuncu olmayacaq”, - deyə Sahib Sahibli bildirib.
