“Qarabağ Karate Klubu”nda “İdman psixologiyası və texnikalar” mövzusunda yeniyetmə və gənc karateçilərlə seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, seminar “Sport Psychology Center”in rəhbəri, Azərbaycan Karate Federasiyasının idman psixoloqu Gülbəniz Məmmədli tərəfindən keçirilib. Tədbir çərçivəsində idman psixologiyasının mahiyyəti, sürətli psixoloji texnikalar və karate idman növünə xas olan psixoloji xüsusiyyətlər geniş müzakirə edilib.
Seminarda Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi Vüsal Abdullazadə, “Qarabağ Karate Klubu”nun rəhbəri və məşqçisi İbrahim Heydərov, həmçinin gənc idmançılar iştirak ediblər. Görüşün əsas məqsədi idmançıların yarışqabağı psixoloji hazırlıq səviyyəsinin artırılması və onların praktiki biliklərinin zənginləşdirilməsindən ibarət olub.
