Karateçimiz Mədinə Sadıqova Avropa çempionatının finalına yüksəlib

21 May 2026 16:39
109
Karateçimiz Mədinə Sadıqova Avropa çempionatının finalına yüksəlib

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz yarımfinalda Bosniya təmsilçisi Viola Lallo üzərində 8:4 hesablı qələbə qazanaraq həlledici mərhələyə vəsiqə əldə edib.

Beləliklə, Mədinə Sadıqova Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq.

İdman.Biz