Azərbaycan karateçisi Xədicə Qasımova (52 kq) “Karate1 Gənclər Liqası” turnirində çempion olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
İdmançı Birləşmiş Ərəb Əmirliklərinin Füceyra şəhərində keçirilən turnirdə U-14 yaş kateqoriyasında qızıl medal qazanıb.

